Qadin.NET / Zibillikdən tapılan Azərbaycan pulları

Zibillikdən tapılan Azərbaycan pulları

 

Zibillikdən tapılan Azərbaycan pulları

Ötən il ərzində Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda məişət tullantıları arasından 90 kq-dan artıq müxtəlif nominallı dəmir pullar tapılıb. 

 

ANS PRESS-in məlumatına görə, bu barədə "Təmiz Şəhər" ASC-nin ötənilki fəaliyyətinə dair yaydığı hesabatda məlumat verilib. Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib.Həmin pullardan başqa çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb. Zavodda istifadə olunan bütün nəzarət-ölçü cihazları isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mərkəzi laboratoriyasında yoxlanılaraq sertifikatlaşdırılıb.

Mənbə: ANS PRESS

29 fevral 2016
GO BACK