Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında Fevralın 28-də gündüz arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Mənbə: ANS PRESS