Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn pilot Xocalı qətliamının ilk şahididir. Leonid Markoviç Milli qəhrəman jurnalistÇinqiz Mustafayevin çəkiliş qrupunu bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparıb.“O zamanlar mən demək olar ki, hər gün Dağlıq Qarabağa uçurdum, hərbi qarşıdurma zonasından dinc əhalini çıxarırdım. Həmin gün gördüyüm dəhşətli mənzərəni heç vaxt görməmişdim. Fevralın 27-də biz Gəncədən uçaraq Xocalının üzərindən keçdik və bu şəhərə hücum olduğunu bilmirdik. Hündürlükdən biz rəngbərəng sahə gördük. Bir az aşağı endikdə, biz bu sahəyə mülki vətəndaşların cəsədlərinin səpələndiyini gördük. Beş yüz metr məsafəyə enərkən orda hələ də sağ qalanlar var idi, onları etrmənilər öldürürdü. Ermənilərin yaralıları necə güllələdiyini gördükdə hamımış şok keçirdik.Ermənilər bizi görüb atəşə tutmağa başladılar. Azərbaycanda hələ heç kəs bu faciə haqqında bilmirdi. Biz qayıtdıqdan sonra bu barədə rəhbərliyə xəbər verdik. Növbəti gün Gəncəyə prezidentin köməkçisi gəldi və bizə faciə yerinə çəkiliş üçün jurnalistləri çatdırmağı xahiş etdi. Biz Ağdama gəldik burada Çinqiz Mustafayevin çəkiliş qrupu bizi gözləyirdi. Çinqizə biz etibar edirdik. Çünkü o düzgün məlumat-xəbər verirdi. Onlardan başqa iki milisionerlə həmin sahəyə uçduq”,- deyə Leonid Markoviç bildirib.“Onlara çəkiliş üçün 5-7 dəqiqə vaxt olduğunu bildirdim.Hər an bizə ermənilər tərəfindən hücüm ola bilərdi. Beş dəqiqə ərzində çəkiliş etdik. Dünya bu qətliamı bu çəkilişlərdən sonra bilib, soyqırımdan xəbər tutub. Bizimlə gedən bir polis kapitanı uşaqların arasında öz oğlunu tapdı. Onu öldürülmüşdülər. O, uşağın meyitini götürüb helikopter tərəfə gəldi, oğlunu helikopterə yerləşdirdi, özünün isə əlləri aşağı düşdü, helikopterə minə bilmirdi. Deyəsən, ağlını itirmişdi. Biz onu güclə götürüb uçduq”, - detə pilot vurğulayıb.Kravets qeyd edib ki, Xocalı üzrə beynəlxalq məhkəmə baş tutsa, o, şahid qismində çıxış etməyə hazırdır.“Mən şokda idim. Mən dinc əhalinin getməsi üçün ermənilərin dəhliz verdikləri barədə oxumuşdum. Amma bununlar hamısı yalan idi. İnsanları məhv etmək üçün ermənilər pulemyotdan istifadə edir, qoca, uşağa baxmırdı. Mənə dəlil lazım deyil, mən hər şeyi özüm görmüşəm, fotolar və video da var. Beynəlxalq məhkəmədə gördüklərimi təsdiq etməyə hər an hazıram ”, - Kravets qeyd edib.Qeyd edək ki, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə UkraynaAzərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatı fevralın 26-da Heydər Əliyev Mərkəzində olub. Filmdə Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets gördüyü dəhşətləri təsvir edir.
Mənbə: ANS PRESS