Ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, o, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. "Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik".
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza ötən ilin dekabrın 4-də saat 12.30 radələrində baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən budkada 3 nəfər olub. Onlar aşağıdakılardır:
Buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev
Səyyar aqreqatın matorçusu 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov
Mənbə: ANS PRESS