Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında xalq artistinin səhhəti pisləşib. Onun ailəsindən çağırış olub. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. İlhamə Quliyeva insultdan vəfat edib.
Müğənni Samiranın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruza vermirdi".
anspress.com