Qadin.NET / Ronaldo daha bir rekord vurdu

Ronaldo daha bir rekord vurdu

 

Ronaldo daha bir rekord vurdu

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo yeni rekord vurub. ANS PRESS-in məlumatına görə, Ronaldo sosial şəbəkələrdə 200 milyon abunəçisi olan ilk idmançı olub. Bu barədə Forbes məlumat yayıb.

 

31 yaşlı portuqaliyalı ulduzun “Facebook” səhifəsində 109,7 milyon izləyicisi var. Ronaldonun “Instaqram”da 49,6, “Tvitter”də isə 40,7 milyon izləyicisi var.Futbolçunun ən çox izləyiciləri ABŞ-da (13,5%) yaşayır. Daha sonra portuqaliyalını Fransada (7,4%), Brazilyada (6,4%) və Meksikada (6,2%) izləyirlər. İzləyicilərin sayı futbolçulunun əzəli rəqibi Lionel Messidən 64% çoxdur.Lakin 5 qat “Qızıl Top”un qalibi Messinin “tvitter” səhifəsi yoxdur. Ronaldodan başqa, amerikalı müğənni Teylor Svift və kanadalı müğənni Castin Biberin də izləyiciləri sosial şəbəkələrdə 200 milyonu ötüb.2009-ci ildə Ronaldo "Mançester Yunayted" klubundan "Real Madrid"ə transfer olunub. Beləliklə də ən bahalı futbolçu statusu qazanıb. Bundan əlavə, klub futbolçunun özünə hər il 21 milyon avro ödəyir. Portuqaliya yığmasının kapitanı 3 dəfə "Qızıl Top"un qalibi olub. 

Mənbə: ANS PRESS

25 fevral 2016
GO BACK