Azərbaycanın sabiq prezidentinin pensiyası Misirin sabiq prezidentinin pensiyasından 12, Ermənistanın sabiq prezidentinin pensiyasından isə 2,5 dəfə çoxdur.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "Komsomolski pravda" qazetinin məqaləsində bildirilir.Bu günlərdə Ukraynanın ilk prezidenti Leonid Kravçuk pensiyası barədə jurnalistlərə şikayət edib: "Çox kiçik pensiya alıram". Kravçuk məbləği də açıqlayıb - 14 min qrivna (təxminən 520 dollar)."Ukraynaya ayıb olmalıdır. Milyon prezident yoxdur ki, onların hər birinə xüsusi pensiya ödəmək lazım olsun. Dörd prezident, dörd insan var. Mən bu haqda Kuçmaya, Yuşenkoya, Yanukoviçə, Poroşenkoya dedim, amma hələ də heç nə yoxdur. “Şuşkeviç pensiyasız yaşayır? Yaşayır. Mən də yaşayacağam”, - deyə Leonid Kravçuk ölkə rəhbərliyini utandırıb.Keçmiş Ukrayna liderinin bəyanatlarından sonra nəşrlər sabiq prezidentlərin nə qədər pensiya aldığını aydınlaşdırmağa qərar verib. Ukraynanın digər pensioner-prezidenti Viktor Yuşenko da təxminən Leonid Kuçma qədər pensiya alır.Amma Viktor Yanukoviç özünə daha çox pensiya "yazıb" - 16 min 947 qrivna (təxminən 630 dollar). Bir nüans var: yanvarda məhkəmə Yanukoviçin pensiya hesablarına həbs qoyub. Yəni qaçmış prezident hələ pensiya almır.Fransanın keçmiş prezidenti Nikolya Sarkoziyə aylıq 6 min avro məvacib təyin edilib. Pensiyadan Sarkozi şikayət etməsə də onun dostları bu məbləğin keçmiş dövlət başçısına azlıq etdiyini qeyd edib."Sarkozi digər keçmiş dövlət başçıları kimi mühazirə oxuyaraq əlavə qazanc əldə edə bilər", - deyə Fransanın Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Klod Qean bildirib.
Mənbə: ANS PRESS