Qadin.NET / Suriyada çox sayda rus generalı öldürüldü

Suriyada çox sayda rus generalı öldürüldü

 

Suriyada çox sayda rus generalı öldürüldü

Suriyanın Latakiya şəhərində çox sayda rus generalı öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.

 

Suriyada “Əhrar əş-Şam” qruplaşmasının Latakiya şəhərində təşkil etdiyi hücum nəticəsində xeyli sayda rus generalın öldüyü iddia olunur. “Əhrar əş-Şam” qruplaşması Latakiya şəhəri yaxınlığında Sonovber Cibli bölgəsində avtomobilə bomba qoyaraq rus hərbçilərin yerləşdiyi ərazidə partlatdıb.Təşkilatın internet saytında onların buna iki həftə hazırlıq keçdiyi qeyd olunur. “Əhrar əş-Şam” qruplaşması  qabaqcadan planlaşdırdığı bomba yüklü avtomobili Latakiya şəhərindən 15 kilometr məsafədə yerləşən Rusiya hərbçilərinin ən əhəmiyyətli hərbi mərkəzlərdən biri olan Sonovber Cibli bölgəsinə salıb.Partlayış rus generallarının olduğu önəmli yığıncaq zamanı baş verdiyindən hadisə zamanı çox sayda rus generalın öldüyü və yaralandığı iddia edilir. Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri Rusiya qüvvələrinin ən çox olduğu ərazi sayılır. Bəşər Əsəd rejimi Rusiyadan aldığı dəstəklə keçən 2 ay içərisində bölgədə xeyli irəliləmə əldə etmişdi. Rusiya və Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.

Mənbə: ANS PRESS

25 fevral 2016
GO BACK