Milli.Az Gizmodo-ya istinadən bildirir ki, bundan belə istifadəçilər yeni ikonalar vasitəsilə yalnız "Bəyəndim" mövqeyini bildirməyəcək, habelə "güləcək", "heyrətlənəcək", "qəmlənəcək", "hirslənəcək" və ya "eşq izharı" edəcəklər.

Yeni "emoci"ni nümayiş etdirmək üçün veb-versiyada kursoru "Bəyəndim" kəlməsinin üstünə apararaq gözləmək, mobil versiyada isə "Like"i basmaq gərəkdir.
"Emoci"lərin testləri ötən ilin oktyabrında başlamışdı.
İndisə hər istifadəsi "smaylik"lərdən istifadə edə bilər.
Mənbə: Milli.Az