Bir sıra məscid və mərasim zallarında təqdim edilən menyulardan və çadırların növlərindən (sadə və VİP) aydın olur ki, insanlar yas mərasimlərində qənaət etmək əvəzinə, bəziləri hətta borc alıb dəbdəbəli yas mərasimi keçirir.Apardığımız araşdırmadan məlum oldu ki, bu gün Bakıda yas mərasimlərinin qiymətlərinin toy və digər mərasimlərin qiymətlərindən heç də geri qalmır. Şəhərdə yas mərasimlərinin təşkili üçün istənilən qiymətə məkan və çadırlar kirayələmək olar. Yas çadırları da kateqoriyalara bölünür: sadə və VİP. Çadırların qiyməti təklif olunan xidmətlərin səviyyəsindən asılı olaraq dəyişir. Məsələn, məscidlərdə 200 nəfər üçün nəzərdə tutulan sadə çadırın qiyməti 600 AZN, VİP çadırların qiyməti isə 900-1200 AZN arasında dəyişir. Həmin çadırlara pərdə, qapı və kondisioner daxildir.
Mənbə:ANS PRESS