Qadin.NET / Azərbaycanda pis xəstləliklər yarana bilər

Azərbaycanda pis xəstləliklər yarana bilər

Azərbaycanda pis xəstləliklər yarana bilər
Milli.Az bildirir ki, bu sözləri Modern.Az saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədriEyyub Hüseynov deyib.

"Əhalinin fikirləri və ictimai rəy ən yaxşı ekspertizadır. Əhali narazılıq edirsə, deməli, istehsalda və bazarda çox ciddi problemlər var.Təəssüf ki, keyfiyyətsiz yuyucu tozları Azərbaycana idxal edənlər və yerli istehsalçılar öz məhsullarının təmizlənməsi ilə məşğul olmurlar. Bəzən belə şirkətlər saxta malların satışında maraqlı olurlar. Ona görə də Azad İstehlakçılar Birliyi 20 gündən sonra bazarın bu sahəsi üzrə monitorinq aparmağı planlaşdırır. Biz bu monitorinqləri apardıqan sonra müvafiq dövlət orqanları qarşısında problemləri qaldıracağıq.Tibbi baxımdan da saxta və yarasız yuyucu vasitələr insan dərisində çox qorxunc xəstəliklər yarada bilər.Standartlara uyğun olmayan yuyucu tozlar kanalizasiya boruları vasitəsilə su hövzələrinə, dənizə axıdılır. Nəticədə bu, dənizin mikroflorasının məhvinə və ətraf mühitin korlanmasına səbəb olur", -deyə eskpert bildirib.Eyyub Hüseynov hesab edir ki, bəzi sahibkarlar ölkə prezidentinin onlar üçün yaratdığı şəraitdən sui-istifadə etməyə başlayıblar:"Şor, ağartı və süd məhsullarının son zamanlar keyfiyyətsiz olması ilə də bağlı narazılıqlarla qarşılaşırıq. Bəzi sahibkarlar əlverişli şəraitdən sui-istifadə etməyə başlayıblar.Mən artıq Milli Məclisdə "İctimai nəzarət haqqında" qanun layihəsinin də müzakirəsində iştirak etmişəm. Təklif vermişəm ki, biznes qurumlarına ictimai nəzarəti gücləndirmək lazımdır. Əks halda keyfiyyətsiz məhsulların tüğyan etdiyi bir şəraitdə Azərbaycanda ciddi epidemiya və digər pis xəstləliklər yarana bilər.Biz Azad İstehlakçılar Birliyi olaraq nə zaman müvafiq dövlət orqanlarına məktubla müraciət ediriksə, belə cavab verirlər ki, "yoxlamalar dayanıb, icazə yoxdur və biz yoxlamalar apara bilmərik". Bu, heç də doğru mövqe deyil. Son günlər Baş Prokurorluqla bir yerdə əməkdaşlıq edərək, istehlakçı hüquqlarının qorunması istiqamətində öz töfhələrimizi veririk. Son 1 ay ərzində ən çox şikayətlər keyfiyyətsiz mobil telefonlar, kompüterlər və digər texnika, texnologiya məhsuları ilə bağlı olub".

Mənbə: Milli.Az

 

24 fevral 2016
GO BACK