Suriya bölünmək təhlükəsi ilə üz-üzə
ABŞ və Rusiyanın Suriyada atəşkəs rejiminin elan olunması ilə bağlı əldə etdikləri razılığın tətbiqinə 3 gün qalmış birinci tərəf gözlənilməz açıqlama ilə çıxış edib.Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri müvəqqəti atəşkəsin işə yaramayacağı təqdirdə "B" planının ortaya atılacağını deyib. Kerri bildirib ki, əgər daha çox gözləsək, Suriyanı vahid ölkə olaraq əldə saxlamaq üçün gecikə bilərik.İlk dəfə olaraq Suriyanın bölünməsi ehtimalını dilə gətirən ABŞ rəsmisi isə senatorların bölünmənin necə olacağı ilə bağlı suallarını cavablandırmayıb.Ölkənin bölünməsi tərəfdarı olmadığını deyən Kerri addım atmayacaqları təqdirdə işlərin daha da çətinləşəcəyini deyib: "Rusiyada hazırda bu ehtimalı dəyərləndirir".Rusiyanın atəşkəsə əməl edib-etməyəcəyinə gəlincə Kerri "Gözləyib görəcəyik" cavabını verib.ABŞ-ın "B" planı açıqlamasına Rusiyadan da rəsmi reaksiya gəlib. Putinin mətbuat katibi bildirib ki, hansısa digər plandan danışmaq tezdir. Hazırda ən vacib tapşırıq atəşkəsin elan edilməsidir.
Mənbə: Milli.Az
24 fevral 2016
GO BACK