Qadin.NET / Əməl dəftəri hansı əldədir?

Əməl dəftəri hansı əldədir?

 

Əməl dəftəri hansı əldədir?

Qurani-Kərimdə bəzi ayələr vardır ki, insanın əməl dəftərinin sağ və ya sol tərəfindən verilməsinə işarə edirlər. Şübhəsiz ki, əməl dəftəri bizim adət etdiyimiz dəftərlərdən və ya kitablardan deyildir. Bəzi təfsirçilərin nəzərinə görə əməl dəftəri insanın ruhudur. Bütün əməlləri orada qeydə alınır. Bəzilər deyir ki, bizim bədənimizin dərisidir və bəziləri də hava və yerin əməllərimizi qeyd etdiyini vurğulayır. (Tebyan)

 

"O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır. Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: "Alın, (ey insanlar,) mənim kitabımı (əməl dəftərimi) oxuyun". "Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım". Beləliklə, (bundan sonra) o, xoş güzəran içindədir və sahibi də ondan razıdır. Uca və ali məqamlı bir cənnətdə (elə bir cənnətdə ki,) meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir). Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun.(Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür). Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: "Kaş(əməl) dəftərim mənə verilməyəydi!". "Və hesabımın nə olduğunu bilməyəydim". "Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)". "Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi". "Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı"". ("Haqqə" 18-29).
Milli.Az deyerler.org-a istinadəın bildirir ki, bu ayələrdə sağ və sol deyildikdə, səadət və bədbəxtlik nəzərdə tutulur. Çünki ərəb lüğətində sağ dedikdə səadət və xeyir işlər nəzərdə tutulur. Sol isə bədbəxt işlərə və zillət gətirən işlərə aid edilir. Ona görə də sol və sağ - səadət və bədbəxtliyə işarə edən bir rəmzlərdir. Yəni, əməl dəftəri ya səadət və rəhmət tərəfindən və ya bədbəxtlik və zillət tərəfdən insana çatar.
Əməl dəftəri həqiqətdə insanın dünyada yerin yetirdiyi əməllərdir ki, rəftarlara, zahiri və batini mələkələrə şamil olur. Əməl dəftərinin sağ və sol tərəfdən insana verilməsi də bir işarədir. Yəni, insan etdiyi saleh əməllərə görə səadətə çatar. Və ya etdiyi pis əməllərə görə bədbəxt olar.
Başqa bir surədə oxuyuruq: "Kimin əməl dəftəri sağ əlinə verilərsə, onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının (cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar. Kimin əməl dəftəri arxa tərəfindən(sol əlinə) verilərsə, o, tezliklə fəryad edib öz ölümünü istəyər.Və şölə çəkən oda daxil olar və yanar". ("İnşiqaq" 7-12).
Bu ayələrdə də sağ və sol tərəf deyildikdə, səadət və bədbəxtliyə işarə nəzərdə tutulur.
Beləliklə deyə bilərik ki, əməl dəftəri insanın dünyada yerinə yetirdiyi əməllərin həqiqətidir. Əməl dəftərinin sağ və sol tərəfdən verilməsi isə səadət və bədbəxtliyə işarədir.

Mənbə: Milli.Az

24 fevral 2016
GO BACK