Ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması bir çox məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfə bahalaşıb.
ANS PRESS-in məlumatına görə, Bakının bir çox mağazalarından apardığımız araşdırma nəticəsində öyrəndik ki, suların qiyməti 50% qalxıb. Satıcılar bildirdilər ki, qiymətlərin artımı nəticəsində qablaşdırılmış suya olan tələbat əvvəlki günlərlə müqayisədə xeyli azalıb. Əgər əvvəllər insanlar qablaşdırılmış suların daha təmiz olduğunu düşünərək bu növ suları almağa daha çox üstünlük verirdilər. Amma qiymətlər artdıqdan sonra mənzillərə verilən sularla kifayətlənməli olurlar. Suya verilən pulla isə daha çox qida və digər tələbatlarını ödəməyə çalışırlar.
Mənbə: ANS PRESS