Qadin.NET / Mədəniyyət naziri Sami Yusifi təltif etdi

Mədəniyyət naziri Sami Yusifi təltif etdi

 

Mədəniyyət naziri Sami Yusifi təltif etdi

Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusif "Mohammed Bin Rashid Al Maktoum Award for World Peace" sülh mükafatına layiq görülüb. ANS PRESS-in məlumatına görə, Sami Yusif Birləşmiş Ərəb Əmirliklərininmədəniyyət naziri Şeyx Nahyan Bin Mübarək Əl-Nahyandan mükafatı qəbul edib.

 

İfaçı sosial şəbəkədə Dubaydakı təqdimetmə mərasimindən şəkilləri paylaşıb. Azərbaycan əsilli müğənni Sami Yusif yeni albomu “Barakah” işıq üzü görəndən sonra dünya turuna start verib. Bununla əlaqədar Sami YusifAvstraliyanın 3 şəhərində konsert proqramı ilə çıxış edəcək. Sami Yusif 6, 7, 8 iyul tarixlərində Melburnun “Robert Blackwood” konsert salonunda, Brisbane şəhərindəki Tivoli teatrının səhnəsində və Avstraliyanın paytaxtı Sidneydə “The Concourse”də səhnəyə çıxacaq.Əlavə edək ki, müsəlman dünyasının sevimli ifaçısı əslən azərbaycanlı Sami Yusif “Barakah” albomuna Azərbaycana xas olan muğam daxil edib. Sami Yusif 7-ci albomundakı 14 mahnını 6 dildə ifa edib. Bunlar ərəb, fars, ingilis, hind, türk və kürd dillərindədir. 

Mənbə: ANS PRESS

23 fevral 2016
GO BACK