Qadin.NET / Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq

Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq

 

Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq

Bu gecə Çempionlar liqasının 1/8 final mərhələsinin 2 oyunu keçiriləcək. ANS PRESS-in məlumatına görə, “Arsenal” öz meydanında “Barselona” ilə ilk oyuna çıxacaq. “Yuventus” isə “Bavariya” üz üzə gələcək.

 

Turnirin son qalibi “Barselona” Londona favorit kimi gedir. Cütlük artıq pley-off mərhələsində 2 dəfə qarşılaşıb. İkisində də “Barsa” “Topçular”a qalib gələrək növbəti mərhələyə yüksəlib.  Qarşılaşmanın baş hakimi türkiyəliCüneyt Çakır olacaq.

Ötənilki finalçı "Yuventus" “Bavariya”nın qarşısına ciddi itki ilə çıxacaq. Corcio Kyellini və Aleks Sandru zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq.23:45. "Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)

"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)

1/8 finalın qalan iki oyunu sabah keçiriləcək. Hollandiyanın PSV klubu“Atletiko Madrid” ilə qarşılaşacaq. “Dinamo Kiyev” isə “mançester Siti”ni qəbul edəcək. 23:45. PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya) 

Hakimlər: Daniel Osrato, Lorenzo Manqanelli, Rikardo de Fiore və Elenito Di Liberatore (hamısı İtaliya)

23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə) 
Hakimlər: Antonio Matye Lahoz, Pau Sebrian Devis, Roberto del Palomar, Raul Kabanero (hamısı İspaniya)Ötən həftə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub. “Real Madrid” “Roma”nı səfərdə 2:0 hesabı ilə qalib gəlib.“Volfsburq” isə “Gent”i 3:2 hesabı ilə səfərdə məyus edib. 

Mənbə: ANS PRESS

23 fevral 2016
GO BACK