Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildə keçiriləcək imtahan və tədbirlərin tarixini açıqlayıb.
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, 2016-cı ildə ümumtəhsil müəssisələrini bitirən şagirdlərin, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şəxslərə müraciət edilib. TQDK hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) tövsiyə edir ki, təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımı işləri vaxtında həyata keçirsinlər. Bu il ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçiriləcək. İlk olaraq I və IV, sonra isə II və III qruplar imtahan verəcək. Bu ilin məzunları üçün ilk qəbul imtahanı 15, ikincisi isə 23 iyulda keçiriləcək.
Mənbə: ANS PRESS