Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı 2006-2010-cu illərlə müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan vəİspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə, 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb. Təbii ki, Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarının 20 faizi işğal altındadır, ordunun güclənməsi, ən müasir silahlarla təchiz olunması dövlətin prioritet siyasətidir. Büdcədə müdafiə xərclərinə 2,2 milyard manatdan artıq vəsait ayrılıb. Avropanın ən böyük ikinci silah idxalçısı isə, əvvəl olduğu kimi, Böyük Britaniyadır. 2011-2015-ci illərdə ən böyük silah ixracatçıları isə ABŞ, Rusiya,Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib. 2004-cü ildən etibarən silah ticarətinin həcmi artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib.
Mənbə: ANS PRESS