Amerikalı nüfuzlu jurnalist Robert Perri Türkiyə - Rusiya münasibətlərinə dair qalmaqallı iddialarla çıxış edib. ANS PRESS-in məlumatına görə, Perri Rusiyaprezidenti Putinin Ərdoğanı taktiki nüvə silahı ilə hədələdiyini bildirib. Robert Perri redaktoru olduğu “Consortiumnews.com” saytında məlumatı Putinə yaxın bir mənbədən aldığını iddia edib.“Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə mənə, rusların Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə Moskvanıntaktiki nümə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq etdiyini deyib.” Perri bildirib ki, Tyürkiyə NATO-ya üzv olduğu üçün belə bir toqquşma çox böyük bir sürətlə nüvə müharibəsinə çevrilə bilər. “Çərşənbə axşamı günü jurnalistlər prezident Barak Obamaya sual verərkən soruşulması vacib olan amma verilməyən sual, Amerikanın Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyanı işğal etməsinin qarşısını alıb-almayacağı idi. Çünki bu çirkli Suriya müharibəsinin üçüncü dünya müharibəsi və nüvə hesablaşmasına çevrilib-çevrilməyəcəyi bu sualın ətrafında idi. Türkiyə və Səudiyyə Ərəbistanı dediyini eləyərsə və müxalif tərəfdalarını Rusiyanın dəstək verdiyi güclü Suriya ordusunun hücumundan qorumaq üçün hərbi müdaxilə edərsə bu təqdirdə Rusiya da Suriyadakı 20 minə yaxın hərbi heyətini müdafiə etmək üçün bir qərar verməyə məcbur olacaq.Dünən Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə mənə, rusların Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, hər hansı bir türk-səud quru hərəkatı olacağı təqdirdə lazım gələrsə Moskvanın taktiki nümə silahından istifadə etməyə hazır olması barədə xəbərdarlıq etdiyini deyib. Türkiyə NATO üzvü olduğu üçün bu cür toqquşma sürətlə kütləvi nüvə müharibəsinə çevrilə bilər.” – deyə Robert Perri fevralın 18-də yazdığı məqalədə bildirib.