Suriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək.Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Qətərin "Əl-Cəzirə" telekanalı verib. Telekanal isə öz növbəsində Rusiya ilə ABŞ arasında razılaşdırılmış sənədi əsas gətirir."Rusiya-Amerika sazişində qeyd olunur ki, Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir", - agentlik belə xəbər verir.Qeyd olunur ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və "Əl-Qaidə"nin Suriya filialı olan "Cebhat-ən-Nüsra" terror təşkilatlarına şamil olunmur.
Mənbə: Milli.Az