Turnirin açılış mərasimində "Hyuston Azərbaycanlıları" Assosiasiyasının idarə heyətinin üzvüİlqar Əzizov beynəlxalq qrossmeyster Vüqar Həşimovun həyat və fəaliyyətindən danışıb, turnirin qaydaları barədə məlumat verib.Sonra Vüqar Həşimov ilə bağlı videoçarx nümayiş etdirilib.Turnirin yekunlarına görə birinci yeri Hyuston şəhərinin sakini Xoa M. Bui tutub. İkinci və üçüncü yerlərə isə Şelli Oberoi və Ernesto Lizarondo sahib olublar.Azərbaycan Mərkəzi adından çıxış edən Fərid Məmmədov qaliblərə təbriklərini çatdırıb, onlara kubok, sertifikat və pul mükafatları təqdim edib.Turnir Azərbaycan Mərkəzi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, "Hyuston Azərbaycanlıları" Assosiasiyası və "Center64" şahmat klubunun birgə dəstəyi ilə təşkil olunub. Yarışın texniki dəstəyi Hyustonun Azərbaycan icmasının üzvləri Eldar Quliyev və Zaur Tağıyevtərəfindən göstərilib.
Mənbə: Milli.Az