Zəncəfil mədə bağırsağın hərəkətini artırır, bədəndən köpü çıxardır, mədə-bağırsaq ağrılarında çox faydalıdır.Zəncəfil həmçinin həzmin ağır getməsində faydalıdır, iştahaçıcıdır, ürəkbulanma zamanı zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanı qarşısını alır, hətta hamilə qadınlar zəncəfildən istifadə edə bilərlər.Zəncəfil cinsi istəksizlikdə (zəiflikdə) faydalı olmaqla yanaşı həm də spermanın miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırıb məcun hazırlanılır və istifadə edilir.Zəncəfil bədənində, əlində və ayağında soyuqluq olanlar üçün əsl şəfadır. Zəncəfil bədəndə qan dolaşımını artırır bununla da bütün iltihabı xəstəliklərin müalicəsində çox faydalıdır.Zəncəfil revmatizm xəstəliyində də faydalıdır.Zəncəfil çox yaxşı təbii ağrıkəsicidir. Beynimizə gedən qanın miqdarını artırır, skleroz, Alshaymer kimi xəstəliklərin əvvəlcədən baş verməsinin qarşısını alır, insanın hafizəsini və əzbərləməsini dərinləşdirir.Zəncəfil həmçinin yaddaşsızlıq ve diqqətsizliyi aradan qaldırmağa kömək edir.Bronxit xəstəliyi üçün faydalıdır, bəlğəmin tərkibini durulaşdırır. Soyuqdəymələr və boğazgəlməsi üçün faydalıdır, çünki çox yaxşı tərlədicidir.
Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə edə bilərsiniz.
Çayı belə hazırlanılır:
- 1/3 çay qaşığı zəncəfil tozunu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırıb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içə bilərsiniz. Eyni zamanda bu çay piylərin əriməsinə və adamın arıqlamasına səbəb olur.
Məcun isə belədir:
- 50 qram zəncəfil 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi, 1/3 çay qaşığı zəncəfil qaynadılmamış suda qarışdırıb bir stəkan səhər, bir stəkan axşam yatmazdan əvvəl içilir.Ümumiyyətlə zəncəfil tozunu meyvə şirəsinə, adi çaya, salatlara, hətta sulu yeməklərə qarışdırıb istifadə edə bilərsiniz.Yaxşı olardı ki, zəncəfili özünüz alıb üyüdəsiniz və hava buraxmayan qabda saxlayasınız. Bu həm çox ətirli olur, həm də təmiz olmasına şübhə qalmır.
Mənbə: Milli.Az