18 övladın valideynləri olan Noel və Syu Redfordlar Britaniyanın ən məşhur, ən böyük çoxuşaqlı ailəsi sayılır. Fəqət, onlar bu qədər övladla "kifayətlənmək" niyyətində deyillər.
Ailədə 25 yaşlı Kris, 21 yaşlı Sofi, 19 yaşlı Xlo, 17 yaşlı Cek, 15 yaşlı Deniel, 14 yaşlı Lyuk, 13 yaşlı Milli, 12 yaşlı Keti, 11 yaşlı Ceyms, 9 yaşlı Elli, 8 yaşlı Eymi, 7 yaşlı Coş, 6 yaşlı Maks, 4 yaşlı Tilli, 3 yaşlı Oskar, 2 yaşlı Kasper və 8 aylıq Holli var.
Milli.Az The Sun-a istinadən bildirir ki, İngltərənin Lankaşir qraflığındakı Morkemb şəhərində yaşayan 40 yaşlı Syunun sözlərinə görə, o, 19-cu övladına hamilədir.
Ailənin 18 övladı bir otaqda olarkən Syu içəri girib və əlindəki çantadan ayı balası oyuncağını çıxararaq övladlarından soruşub: "Uşaqlar, ailəmizə yeni üzv gələcək. Balalar, daha biri gəlir. Sizcə, o, oğlandır, ya qız?"
Uşaqlar da suala cavab verməyə çalışıblar.
Şirniyyat dükanları olan, bu dükanda Syunun bişirdiyi şirniyyatları və kulinar məmulatları satan Redford ailəsi 10 otaqlı evdə yaşayır. Noelin dediyinə görə, onların sadəcə, ərzağa xərclədikləri pul ayda 3200 funt-sterlinqdən artıqdır.
... Ayı balasını görən uşaqlar sonucda anlayıblar ki, yeni doğulacaq uşaq qız olacaq.
Bunu onlara anaları, Syu Redford söyləyib.
"Uşaqlar kiçik bacılarına ad da seçiblər - "Alfia"... Beləcə, ailəmizdə 19 övlad olacaq. Çətindir, amma şikayətlənmirik", - 45 yaşlı Noel Redford söyləyib.
Onun sözlərinə görə, uşaqları məktəbə mikroavtobusla aparır.
"Ailəmizdə pal-paltarın yuyulması, qurudulması və ütülənməsi ilə uşaqlar məşğul olurlar. 4 paltaryuyan maşın var, hamısı daim işləyir. 3 qabyuyan maşınımız var.
Hamam günü olanda axşam saat 6-da balacaları çimizdiririk, sonra böyüklər çimməyə başlayırlar.
Ailəmiz axşam saat 10-da artıq yatır. Çünki səhər tezdən durmalıyıq".
Mənbə: Milli.Az