ANS PRESS-in məlumatına görə, bununla əlaqədar olaraq hazırda heç bir dövlət qurumunun rəsmi saytına daxil olmaq mümkün deyil.Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirdilər ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə məxsus serverdə yerləşir və buradan idarə olunur.Hazırda dövlət qurumlarının saytlarının işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir. Yaxın dəqiqələrdə saytların işininin bərpa ediləcəyi gözlənilir.
Mənbə: ANS PRESS