Qadin.NET / Məşhur müğəninin saçları 35 min dollara satıldı

Məşhur müğəninin saçları 35 min dollara satıldı

Məşhur müğəninin saçları 35 min dollara satıldı
İngiltərənin məşhur "Beatles" qrupunun solisti Con Lennona aid saç tükləri 35 min dollara satılıb. ANS PRESS-in məlumatına görə, satış fevralın 20-də ABŞ-ın Dallas şəhərində Heritage ev muzeyində təşkil edilib.

Mütəxəssislərin dediyinə görə, 1966-cı ildə "How I Won the War" adlı filmdə canladırdığı rol üçün imicini yeniləmək istəyən Lennonun alman bərbər Klaus Baruka saçlarını kəstirib və bərbər onun saçlarının bir hissəsini saxlayıb.Məşhur müğənnidən yadigar qalan bu saçları ingiltərəli kolleksioner Paul Freyzerin satın aldığı bildirilir.Eyni zamanda, Lennonun bu filmdə canlandırdığı rol üçün imic dəyişikliyi haqqında xəbər dərc eləmiş qəzet nüsxəsi də hərraca çıxarılıb. Freyzer hərraca çıxarılmış həmin nüsxəni də satın alıb.

Mənbə: ANS PRESS

22 fevral 2016
GO BACK