Qadin.NET / İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur

İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur

 

İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur

Qırğızıstan milli bankının fevralın 28-dən qüvvəyə minəcək qərarına görə, bundan sonra banklar istehlak və ipoteka kreditlərini yalnız milli valyuta ilə verməlidir. ANS PRESS-in məlumatına görə, hökumət bu qərarı ölkədə sürətlənən dollarlaşma prosesini dayandırmaq üçün verib. Bundan əvvəl dollarda kredit alan vətəndaşlar milli valyutanın məzənnəsində baş verən dəyişiklikdən sonra ödəniş qabiliyyətini itirib və çətin vəziyyətə düşüblər.

 

Bir müddət əvvəl eyni qadağa Qazaxstanda da tətbiq olunub. Bu ölkədə milli valyutada maaş alanlanlara  dollarla borc verilmir. Azərbaycanda bu məsələ bir neçə dəfə ayrı-ayrı mütəxəssislər tərəfindən gündəmə gətirilsə də, Mərkəzi bank bu inzibati addımı məqsədəuyğun hesab etməyib. Bank mütəxəsisi Əkrəm Həsənov hesab edir ki bu qadağa ölkəmizdə devaliasiyadan əvvəl tətbiq olunsaydı müsbət nəticə verə bilərdi. Əkrəm Həsənov indiki halda ortaq məxrəc kimi Ukraynanın təcrübəsini məqbul sayır.Hazırda ölkə banklarının çoxu kreditləri dollarda, hətta Rusiya kapitallı maliyyə təşkilatları isə rublda təklif edir. Buna səbəb isə əhalinin depozitlərini dollara çevirməsidir.

Mənbə: ANS PRESS

22 fevral 2016
GO BACK