Qadin.NET / Siqaret çəkmək boyun ağrılarına səbəb olur

Siqaret çəkmək boyun ağrılarına səbəb olur

Siqaret çəkmək boyun ağrılarına səbəb olur
Siqaret çəkmək insan sağlamlığına ciddi ziyan vurur. Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki,  son araşdırmalar sübüt edib ki, siqaret çəkmək boyun nahiyəsində fəqərəarası disklərin zədələnməsinə səbəb olur.

Bu isə boyun ağrılarına gətirib çıxardır.MedicalXpress xəbər verir ki, Emori Universiteti (ABŞ) alimləri 200-ə yaxın insanın kompüter tomoqrafiya nəticələrini analiz ediblər. Nəticədə məlum olub ki, siqaret çəkən insanlarda fəqərəarası disklər siqaret çəkməyən insanlarla müqayisədə daha çox zədələnir.Alimlərin fikirinə görə, bunun səbəbi siqaret çəkməyin boyun damarlarına olan mənfi təsirindədir. Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur ki, nəticədə fəqərəarası disklərin qidalanması pozulur.Bundan əvvəl aparılan araşdırmalar sübut edib ki, siqaret çəkmək bel ağrılarına səbəb ola bilər.

Mənbə: Milli.Az

 

22 fevral 2016
GO BACK