Qadin.NET / "Whatsapp" bizə nə hazırlayır?

"Whatsapp" bizə nə hazırlayır?

"Whatsapp" bizə nə hazırlayır?
Dünyanın ən çox istifadə edilən mesajlaşma platforması olan "Whatsapp" 2016-cı ilə yeniliklərlə başlayır.

Ölkə.Az xəbər verir ki, bu il "Whatsapp" istifadəçiləri üçün bir sıra yeniliklər olacaq. Səsli zəng, kompüter üzərindən söhbət kimi funksiyalar daha da təkmilləşdiriləcək.

Tətbiqetmədə bu il "Android" və "iOS" əməliyyat sistemləri üçün aşağıdakı yeniliklərin olacağı gözlənilir:

"Videozəng" funksiyası

Yeni dizayn və yeni pəncərələr

"3D Touch" funksiyasının inkişafı

Qeyd edək ki, "videozəng" funksiyasının test dövründə olduğu haqda bəzi informasiyalar bir müddət öncə mediada yer alıb. Bununla yanaşı "Instagram"da olduğu kimi şəkillər üçün filter (süzgəc) funksiyasının da "Whatsapp"da builki yeniliklərin arasında olduğu vurğulanır.

Mənbə: Milli.Az

 

21 fevral 2016
GO BACK