Qadin.NET / Bakıda yağış, bölgələrdə qar yağacaq

Bakıda yağış, bölgələrdə qar yağacaq

Bakıda yağış, bölgələrdə qar yağacaq
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildiriblər ki, gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

21 fevral 2016
GO BACK