Milli.Az Trend-ə istinadən bildirir ki, onun iki cəhdinin yekunu üzrə nəticəsi 14.825 bal olub.İkinci və üçüncü yeri müvafiq olaraq sloveniyalı Tyaşa Kisselefova (14.075 bal) və avstriyalıLize Eker (13.775 bal) tutub.Azərbaycanlı gimnast Mariya Smirnova 12,425 balla səkkizinci yerdə qərarlaşıb.Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.
Mənbə: Milli.Az