Virtualaz.org xatırladır ki, ilkin tibbi yardımdan sonra həmin şəxs özünə gəlsə də yaddaşını itirdiyindən kimliyi barədə məlumat verə bilməmişdi. Yalnız üzərində olan kimlik sənədindən məlum olmuşdu ki, o, İran İslam Respublikasının Təbriz şəhərində yaşayan 34 yaşlı Əmirbek Məhəmmədhəsəndir.Epilepsiya xəstəyinin ağır formasından əziyyət çəkən pasiyentə xəstəxanada 5 gün ərzində yüksək səviyyədə tibbi yardım göstəriliərək səhhəti normallaşdıqdan sonra ötən gün öz ölkəsinə yola salınıb.Əcnəbi vətəndaşa göstərilmiş tibbi xidmətlər isə heç bir ödənişsiz yerinə yetirilib. Əslində əsl həkim və insan normalda elə belə də hərəkət edərdi. Amma...Nədənsə yadıma bir müddət əvvəl Təbriz xəstəxanasında ölən 10 aylıq azərbaycanlı körpənin meyidinin valideynlərinə verilməməsi düşdü. Yəqin, xatırlayırsınız, Təbrizin "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölən uşağın cəsədini 3200 manat borcu əsas gətirib valideynlərinə verməkdən imtina edirdilər...
Mənbə: Milli.Az