Qadin.NET / Ermənilər “Qarabağ”ı satın almaq istəyir

Ermənilər “Qarabağ”ı satın almaq istəyir

Ermənilər “Qarabağ”ı satın almaq istəyir
Rusiyada həvəskar liqada mübarizə aparan, paytaxt Moskvada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ Moskva" futzal klubunu ermənilər almaq istəyir.
Milli.Az anspress-ə istinadən bildirir ki, ermənilər son zamanlar futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçular və klub rəhbərliyinə təzyiq edirlər. Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev bildirib ki, ermənilərin Moskvada çıxış edən "Artsax" futzal komandası klubu almaq istəyir."Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir", - deyə Elnur Vəliyev bildirib.Qeyd edək ki, Rusiyada azərbaycanlıların yaratdığı "Qarabağ Moskva" klubu futzal üzrə Moskva birinciliyində çıxış edir. Komandanın rəhbəri və məşqçisi Elnur Vəliyev həmçinin oyunçu kimi çıxış edir. Azərbaycanı təmsil edən komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb. Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziya alıb.

Mənbə: Milli.Az

20 fevral 2016
GO BACK