Qadin.NET / Yaşıl soğanı təzə saxlamağın YOLLARI

Yaşıl soğanı təzə saxlamağın YOLLARI

Yaşıl soğanı təzə saxlamağın YOLLARI
Milli.Az lent.az-a istinadən yaşıl soğanın çürüməməsi üçün bir neçə yol təklif edir.

Suya qoyun

Yaşıl soğanı kəsdikdən sonra bir qaba su töküb içərisinə yığın. Pəncərə qırağında günəş işığı düşən bir yerə qoyun və suyu azaldıqca əlavə edin. Beləliklə, yaşıl soğan böyüməyə davam edəcək və çürüməyəcək.

Nəmli parçaya bükün

Yaşıl soğanın böyüməsini deyil, sadəcə təzə və təravətli qalmasını istəyirsinizsə, nəm kağız parçaya bükərək plastik qabda saxlayın. Kağız parça yaş və ya quru deyil, sadəcə nəm olmalıdır. Əks təqdirdə çürümə baş verəcək.

Çürümüş soğanlarla necə davranmalı?

Soyuducuda saxladığınız üçün çürümüş soğanları yenidən canlandıra bilərsiniz. Yaşıl soğanları buzlu suda 15-30 dəqiqə saxlasanız, onlar yenidən təravətli olacaq.

Dondurub saxlayın

 Ehtiyacınız olan qədər istifadə etdikdən sonra yaşıl soğanları yuyub qurudun, doğrayın və plastik sellofana yığıb soyuducunun buzluq hissəsində saxlayın. Təkrar istifadə etmək istəsəniz, bir neçə dəqiqəyə buzu açılacaq. 

Mənbə: Milli.Az

 

20 fevral 2016
GO BACK