Yuxarı Öysüzlü kənd məscidi 19-cu əsrdə sakinlərin və bəylərinin birgə vəsaiti hesabına inşa edilib. Baxmayaraq ki, o vaxtdan iki əsrə yaxın bir dövr keçib tarixi memarlıq nümunəsi bu gün də öz unikal görünüşü ilə seçilməkdədir. Məscidin kümbəz hissəsində "Qurani Kərim"dən ayələr yer alıb. Bir özəlliyi də odur ki, davamlılığını təmin etmək məqsədilə inşaat işlərində xüsusi məhsullardan istifadə olunub. Tarixi memarlıq nümunəsi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mühafizə olunan binalar siyahısına daxil edilib.
Mənbə: Milli.Az