Türkiyə xüsusi təyinantlıları Rusiyaya mesaj verib. ANS PRESS-in məlumatına görə, “bordo bereli” lər həmçinin ölkə başçısı Rəcəb Tayip Ərdoğana dəstəyini nümayiş etdiriblər.Diyarbakırda kürd separatçılarına qarşı mübarizə aparan türk xüsusi təyinatlı dəstəsinin döyüşçüləri növbəti əməliyatların birindən sonra ruslar üçün müraciət qoyub.
Evin divarında yazılan yazıda Türk xüsusi təyinantlıları öz prezidentlərinə güvəndiyini və onun rəhbərliyi altında vuruşduqlarını vurğulayıblar.“Ruslar, sizdə RPQ (tank əleyhinə əl qumbarası) var, bizdə isə R.T.E (Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın adının baş hərfləri) var”, deyə divarda yazılıb.Bu Türkiyə xüsusi təyinantlılarının ölkəsinə sədaqət nümayişinin birinci belə halı deyil. Xüsusi təyinatlılar bir neçə dəfə ölkəsinə və hökümətinə sevgisini belə müraciətlər yazmaqla bildirib.
Bir neçə gün əvvəl döyüşçülər divarda yazıyla bərabər foto dərc edərək Rəcəb Tayip Ərdoğana sevgilərini etiraf etmişdi. "Qorma, dik dur, oyun böyük oyundur, bizə hər yer Trabzon", - xüsusi təyinatlılar Ərdoğana dəstəyini ifadə etmişdilər.
Mənbə: ANS PRESS