Qadin.NET / "Rusiya-Türkiyə müharibəsi ehtimalı artır"

"Rusiya-Türkiyə müharibəsi ehtimalı artır"

 

"Rusiya-Türkiyə müharibəsi ehtimalı artır"

Fransa prezidenti Fransua Olland Suriyaya görə Rusiya və Türkiyə arasında baş verə biləcək müharibədən danışıb. ANS PRESS-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

 

"Türkiyə və Rusiya arasında müharibə riski mövcuddur. Müəyyən eskalasiya var", -deyə “France Inter” radiostansiyasının efirində Olland bildirib. O qeyd edib ki, münaqişənin eskalasiyalarının böyüməməsi üçün və bunun qarşısını almaqdan ötrü hər şey etmək lazımdır.Fransa prezidenti həmçinin vurğulayıb ki, danışıqlar yenilənməli, bombalamalar dayandırılmalı, humanitar yardım köməyi gəlməlidir.Mənbə: ANS PRESSBu arada rəsmi Ağ ev ABŞ-ın Rusiya təxribatlarına qarşı Türkiyəni dəstəklədiyini bildirib. ABŞ həmçinin NATO nun başqa müttəfiqlərini də dəstəkləyir. Bu barədə Ağ evin rəsmi nümayəndəsi Coş Ernest keçirdiyi brifinqdə bildirib.

Mənbə: ANS PRESS

20 fevral 2016
GO BACK