Qadin.NET / Obama Ərdoğana başsağlığı verdi

Obama Ərdoğana başsağlığı verdi

 

Obama Ərdoğana başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barak Obama ilə terror qruplaşmalarıyla mübarizədə əməkdaşlığın gücləndirilməsi haqqında razılığa gəliblər. ANS PRESS-in məlumatına görə, ölkə başçıları arasında bu istiqamətdə telefon danışığı baş tutub. 

 

Obama Türkiyə lideri ilə bu günkü telefon danışığında həmçinin Türkiyədə qadağan edilmiş Kürd fəhlə partiyasına qarşı (PPK) mübarizədə əməkdaşlığın gücləndirilməsi barədə razılaşıb.Mətbuat xidmətinin məlumatına görə, danışıqlarda ABŞ prezidenti Ərdoğana Türkiyənin özünümüdafiəyə hüququnun olduğunu və ABŞ-nın həmişə NATO üzrə öz müttəfiqini dəstəkləyəcəyini bildirib.Daha əvvəl ABŞ prezidenti Barak Obama Ankarada terror aktı ilə əlaqədar Türkiyənin başçısı RəcəbTayip Ərdoğana başsağlığı verib.

Mənbə: ANS PRESS

20 fevral 2016
GO BACK