Yazdığı əsərlərlə bütün dünyada məşhur olan italyan yazıçı, akademik, tənqidçi və mütəfəkkir Umerto Eko ötən axşam 84 yaşında vəfat edib. ANS PRESS-in məlumatına görə, İtaliya mətbuatı yazıçının yerli vaxtla saat 22.30-da (Bakı vaxtıyla 19.30) yaşadığı evdə dünyasını dəyişdiyini bildirib.
Ekonun xüsusilə 1980-ci illərdən sonra yazdığı “Qızılgülün adı”, “Fukonun rəqqası”, “Baudolino”, “Praqa məzarlığı”, “Şahzadə Loananın sirli alovu” və “Bir gün əvvəlki ada” adlı roman kitabları bütün dünyada müxtəlif dillərdə miyonlarla tirajla çap olunub. Bundan başqa yazarın 10-a yaxın elmi publisistik əsərləri var.Öz dövrünün ən əhəmiyyətli mütəfəkkirlərindən biri kimi tanınan Umerto Eko bir çox beynəlxalq mükafatların laureatıdır. Eko həmçinin İtaliya, Almaniya vəFransanın dövlət ordeni ilə təltif olunub və cəngavər tituluna malikdir.
Mənbə: ANS PRESS