Qadin.NET / Ermənilər məktəbi gülləbaran etdilər

Ermənilər məktəbi gülləbaran etdilər

 

Ermənilər məktəbi gülləbaran etdilər

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

 

Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, qarşı tərəf bu dəfə Goranboyun Tap-Qaraqoyunlu kənd məktəbini hədəf alıb.Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib. İlkin məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb.Tavan hissə qismən yanıb. Hadisə yerinə Goranboy rayon və Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar.Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: Milli.Az

20 fevral 2016
GO BACK