Bəzi hallarda vətəndaşların dövlət tərəfindən hansı xəstəliklər üzrə pulsuz dərmanlarla təmin olunmasında məlumatlı olmaması həkimlə pasiyent arasında mübahisələrə gətirib çıxarır. Əslində isə təsdiq olunmuş dövlət proqramı çərçivəsində bəzi xəstəliklər var ki, bu xəstəliklərin müalicəsində pasiyentlər pulsuz dərmanlarla təmin olunmalıdırlar.
Vətəndaş xəstəxanaya müraciət edir və həkimdən pulsuz dərman verilməsini istəyir. Xəstələrin hansı dərmanları dövlət tərəfindən pulsuz verilməsindən xəbərsiz olması isə həkimlə pasiyent arasında müəyyən mübahisələrə gətirib çıxarır.Digər bir məqam isə dövlət tərəfindən verilən dərmanların siyahısının bəzi dövlət xəstəxanalarında məlumat verici löhvələrdə vurulmamasıdır.Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Xəzəxəbər.com-a verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən səhiyyə üzrə təsdiq olunmuş 11 dövlət proqramı çərçivəsində bütün tibbi xidməti və dərman təchizatı əhaliyə dövlət hesabına təqdim edilməlidir. Bəs dövlət proqramında hansı xəstəliklər üzrə dərman peraparatları pulsuz verilməlidir?Bundan başqa "Onkoloji xəstələrin şiş əleyhinə, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri, "Şəkərli diabet, "Yoluxucu xəstəliklər, "Qanın, qan komponentlərinin donorluğu" və "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində xəstələr pulsuz dərmanla təmin olunmalıdır. Həmçinin,180-ə yaxın dərman vasitəsi ölkədə fəaliyyət göstərən imtiyazlı apteklərdən I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və digər vətəndaşlara pulsuz təqdim edilməlidir.Eskpertlər deyir ki, əksər hallarda pasiyentlər xəstəliyin ağır formasında xəstəxanalara müraciət edirlər. Bu zaman isə dövlət hesabına verilən dərmanlar həmin xəstəliyin müalicəsi üçün kifayət etmir. yəni aşağı təsirə malik olur.
Mənbə: Milli.Az