Qadin.NET / Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə

Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə

 

Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə

Bakı-Sumqayıt yolunda yeni çatlar əmələ gəlib. Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, əvvəllər yolun Bakıya doğru hissəsində çatlar var idisə, bu dəfə Sumqayıt istiqamətində də yol çatlayıb. Yağan güclü yağış və avtomobillərin yolda intensiv hərəkəti Bakı-Sumqayıt yolunun üzü Sumqayıta olan hissəsində yaranan çatların genişlənməsinə səbəb olub. Bu isə yolda hərəkət edən avtomobillərə maneə yaradır.

 

''Azəryolservis'' Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə isə yolda yaranan çat yeni deyil. Çökmənin gündən-günə genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin vaxtaşırı suvarılmasıdır.Bu arada, Beynəlxalq Avtovağzal kompleksi yanında çökmə baş verən ərazidə təmir-bərkitmə işləri davam etdirilir. Sürüşmə zolağında bərkitmə işləri tam başa çatdırıldıqdan sonra Bakı-Sumqayıt yolunun hər iki hissəsinin əsaslı təmirinə başlanılacaq.

Mənbə: Milli.Az

20 fevral 2016
GO BACK