ANS PRESS-in məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir. Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb.
Azərbaycanda:
- Yerli alıcılıq qabiliyyəti 59,6%;
- İcarə haqqı 88,5%
- Ərzaq mallarının qiyməti 74%;
- Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur.
Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur.Azərbaycanı da Nyu-Yorkla müqayisə edən “GOBankingRates” burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır.Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib.
Mənbə: ANS PRESS