Qadin.NET / Bakıda itkin düşən məktəblilər tapıldı

Bakıda itkin düşən məktəblilər tapıldı

Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb. Bu barədə ANS PRESS-ə həmin şagirdlərdən birinin valideyni Yekaterina xanım məlumat verib.Onun sözlərinə görə, ötən gün Bakının 32 saylı orta məktəbində 5-ci sinifdə oxuyan 2005-ci il təvəllüdlü Şamil Şahid oğlu Babayev və onun sinif yoldaşı 2005-ci il təvəllüdlü İsmayıl Asik oğlu Səfiyev Hövsanda tapılıb.“Hazırda polis idarəsindəyəm. Uşaqlar Hövsanda yaşayan nənəsigildə olublar. Şükürlər olsun sağ-salamatdılar”,- deyə Şamilin anası Yekaterina xanım bildirib.Qeyd edək ki, ötən gün Bakının Nizami rayonunda itkin düşən 11 yaşlı məktəbli uşaqlar dərsdən çıxdıqdan sonra nəmalum şəraitdə itkin düşmüşdü.Sonuncu dəfə Neftçilər metro stansiyasının yaxınlığında görülən uşağlarin axtarişlari ilə Nizami rayon Polis İdarəsinə məşğul idi. Bildirilir ki, itkin düşən hər iki məktəblinin atası azərbaycanlı, anası isə rusdur.

Mənbə: ANS PRESS

 

19 fevral 2016
GO BACK