Qadin.NET / "Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"

"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"

"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Rusiya hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün güzəştli kredit ayırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hökümətinin rəsmi saytı xəbər verib.

Moskva Ermənistanın silahlandırılması üçün 200 milyon dollar kredit ayırıb. Ermənilərə borc 10 il müddətinə 2018-ci ilin əvvəlindən qaytarmaq şərtiylə verilib.Kredit razılaşmasında Ermənistanın Rusiyadan "Smerç" reaktiv sistemini və onun döyüş sursatlarını, ZRK "İqla-S" və onun raketlərini, "Avtobaza-M"kəşfiyyat radiotexnika kompleksləri, TOS-1A ağır oqnemyot sistemləri TZM-T nəqliyyat-yükləyən maşınlarıyla, 9M113M idarə olunan raketləri, RPQ-26 qumbaraatanları, B-429E partladıcıları, Draqunov SVD - snayper tüfəngləri, zirehli tank texnikası, "Tiqr" zirehli avtomobilləri, mühəndislik vasitələri və əlaqə vasitələrinin alınması nəzərdə tutulur.Bu məlumatı ANS PRESS-ə şərh edən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, son hadisələr fonunda Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla yanaşı Türkiyəyə də bir mesajdır.

Mənbə: ANS PRESS

 

19 fevral 2016
GO BACK