Qadin.NET / Roma papası Donald Trampı tənqid etdi

Roma papası Donald Trampı tənqid etdi

 

Roma papası Donald Trampı tənqid etdi

Katoliklərin ruhani lideri II Fransisk Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkisində namizəd olan Donald Trampı tənqid edib. ANS PRESS-in məlumatına görə, Roma papası ad çəkmədən respublikaçı namizədin xristian olmadığını bildirib. Ruhani lider bu açıqlamanı, Meksika Texas əyalətinin Südad Xuares şəhərindəki dua ayinindən sonra Romaya qayıdarkən verib.    “Harda olursa-olsun körpülər əvəzinə sadəcə divarlar tikməyi fikirləşən insan xristian deyildir. İncildə belə bir şey yoxdur. Sadəcə bu insan xristian deyildir.”Seçkidə bu düşüncəyə sahib bir insana katoliklərin səs verib-verməməsi barədə suala da cavab verən II Fransisk bu mövzulara girməyəcəyəm desə də açılaması ilə seçicilərə istiqamət verib.“Bu mövzulara girməyəcəyəm. Sadəcə olaraq, belə sözlər deyən birinin xristian olmadığını deyirəm. Danışanda nəyi nəzərdə tutduğuna baxmaq lazımdır. Hər halda bu məsələdə şübhəliyəm.”   

 

Mənbə: ANS PRESS

19 fevral 2016
GO BACK