Qadin.NET / Ankaranı qana bulayanın kimliyi bilindi

Ankaranı qana bulayanın kimliyi bilindi

 

Ankaranı qana bulayanın kimliyi bilindi

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam paytaxtAnkarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb.

 

ANS PRESS-in məlumatına görə, baş nazirin 28 nəfərin ölümünə səbəb olan hadisəni törədənləri Baş Qəraragah rəhbərini ziyarət etdikdən sonra elan edib. ''Hazırda hadisənin kim tərəfindən törədildiyi demək olar ki, açılıb. Bu hücumu Türkiyə içindəki bölücü terror təşkilatları və YPG üzvü olan bir şəxsin törətdiyi ortaya çıxıb". Baş nazirin sözlərinə görə, bu şəxs PKK və YPG üzvüdür. O, 1992-ci ildə Suriyada doğulub. Adı Salih Neccardır. Terror aktı ilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. "Tam və mübahisəsiz dəstək gözləyirik. Ümid edirik ki, müttəfiqlərimiz də YPG-nin terror təşkilatının bir qolu olduğunu görərlər.

Mənbə: ANS PRESS

19 fevral 2016
GO BACK