Qadin.NET / Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləyir

Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləyir

Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləyir
Dünya iqtisadiyyatının inkişaf sürəti zəifləməkdə davam edir. Problemin aradan qaldırılması üçün dünya liderləri təcili tədbirlər görməlidirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu barədə xəbərdarlıq edib. Təşkilat rəsmiləri bildiriblər ki, vəziyyətlə əlaqədar tədbirlər görülməyəcəyi təqdirdə qlobal iqtisadi artım sürəti daha da zəifləyə bilər.Ekspertlər bir müddət əvvəl 2016-cı il üçün iqtisadi artımın 3.3 faiz təşkil edəcəyini proqnozlaşdırmışdılar. Lakin ötən gün keçirilən iclasda ekspertlər iqtisadi artımın 3 faiz təşkil edəcəyini bildirib. Ekspertlərin sözlərinə görə, bankların faiz həddini aşağı salması və digər bu kimi tədbirlər vəziyyətdən çıxış yolu deyil.Qlobal iqtisadi zəifləmə ilə əlaqədar bir sıra ölkələrdə kredit faizləri aşağı salınıb. Həmçinin, Böyük Britaniyada da faizlər rekord həddə aşağı düşüb.Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadi artımı 2.5 faizdən 2 faizə qədər azalıb.İsveçrədə və Yaponiyada isə, faizlər mənfiyə düşüb. Bu isə, o deməkdir ki, depozitorlar pullarını bankda saxlamaq üçün banka pul ödəyirlər.

Mənbə: ANS PRESS

 

19 fevral 2016
GO BACK