Uşaqlara, xüsusən məktəblərdə sıxlıq və havasız olan yerlərdə dərs keçilməsi onlarda əl-ayaq-ağız xəstəliyinə səbəb olur.
Milli.Az lent.az-a istinadən bildirir ki, havasızlığın səbəb olduğu əl-ayaq-ağız xəstəliyi virusların yol açdığı yoluxucu bir xəstəlikdir.
10 yaşdan kiçik uşaq və körpələrdə bu xəstəlik daha geniş rastlanır. Xəstə insanın tüpürcək, ya da nəcisi ilə təmasda olarkən yayılır. Yaz və yay aylarında daha sıx görülür. İnkubasiya, yəni artma, irəliləmə müddəti isə 3-7 gündür.
İnkubasiya dövründən sonra yüksək qızdırma, badamcıq, dil və yanaqda yaralar yaranır. Ovuc içi və ayaq dabanında qırmızı, bəzən isə içi maye dolu ağır səpgilər olur. Bu səpgilər ayaq, omba və vaginal bölgədə də görülə bilər. Suçiçəyinə bənzəyir,
ancaq ölçü olaraq suçiçəyindən kiçikdir. Səpgilər 7-10 gün içində azalaraq yüngül iz buraxır, bir neçə həftə içində isə tamamilə gedir.
Ağız içindəki yaralara görə uşağın iştahası olsa da, yeyə bilmir. Yaraların çox olduğu vaxtlarda uşaqlara sıxlıqla şorba, süd kimi mayelər və qatıq kimi sərin ağızdakı yaraları ağrıtmayan qidalar verilməlidir.
Həm də ağız içindəki yaraların ağrısını azaltmaq və tez sağalmaq üçün fərqli spreylər, qara tut doşabı vermək olar.
Xəstəliyin müalicəsində antibiotik istifadə etmək olmaz
Bədəndəki səpgilər üçün quruducu losyonlar istifadə edilə bilər. Bəzən səpgilər qaşıntı verir. Bu halda həkimin məsləhət gördüyü qaşıntı əleyhinə dərmanlar istifadə edin. Qızdırma olanda isə qızdırma salan dərmanlar verin.
Virus xarakterli bir xəstəlik olduğu üçün antibiotik istifadəsinə gərək yoxdur.
Bunları bilmək vacibdir:
Əllərdə, ayaqlarda dəridə soyulmalar, dırnaqlarda çatlar, səpgilər olarsa, qorxmaq lazım deyil.
Xəstəliklə eyni vaxtda ishal yarana bilər. Xəstəlik bitdikdən sonra keçir.
Hovuz sularının udulması xəstəliyi ağırlaşdırır.
Yoluxucu olduğu üçün xəstə adamdan uzaq durmaq lazımdır.
Əl-ayaq-ağız xəstəliyi nadir də olsa, yetkinlərdə rastlanır.
Mənbə: Milli.Az