Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2016-cı il avqustun 1-dən qüvvəyə minəcək qanuna əsasən, silah gəzdirmə lisenziyası olan 21 və ya ondan yuxarı yaşda olan vətəndaşlar 214 mindən çox tələbənin təhsil aldığı Texas Universiteti sistemindəki ali təhsil müəssisələri ərazisində də bu hüquqdan yararlana biləcəklər.Universitetin rektoru Qreqori Fenves yeni qanunla razılaşmadığını açıqlayıb, amma onu Texas Universiteti sistemində ştatın qanunlarına uyğun olaraq tətbiq etməlidir. Yalnız universitetlərdəki laboratoriyalar və tibbi xidmət məntəqələri istisna ediləcək və burda silah gəzdirilməsi qadağan olunacaq.Texas ştatının qubernatoru Qreq Abbot qeyd edib ki, sözügedən qanun universitetlərin ərazisində kütləvi qətllərin qarşısını alacaq. Abbotun fikrincə, silah gəzdirən vətəndaşlar cinayətkarlara müqavimət göstərə bilər.Universitet professorlarına gəlincə, onlar yeni qanunu etirazla qarşılayıb və bildiriblər ki, bundan sonra üzərində silah olan tələbənin biliyini qiymətləndirmək yetərincə çətin olacaq.Bir çox tələbələr, valideynlər və məzunlar da yeni qanuna öz narazılıqlarını bildiriblər.
Mənbə: Milli.Az