Quşlar arasında yayılan xəstəliyin araşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin və Baytrarlıq İdarəsinin əməkdaşları Dədəli kəndindəki təsərrüfatlara baş çəkiblər. Naməlum xəstəlik nəticəsində tələf olan quşlardan nümunlər götürülüb. Laboratoriyada yoxlanıldıqdan sonra təsərrüfatlarda yayılan xəstəliyin baş vermə səbəbləri və amilləri müəyyənləşəcək.Ev quşları arasında yayıla biləcək xəstəliklərin qarşısının alınması, profilaktikası ilə bağlı görüş keçirilib. Tədbirdə mütəxəssislərin tövsiyələri və sakinlərin problemləri dinlənilib, çıxış yolları müzakirə olunub.
Mənbə: Milli.Az